Dünya 

Hava məkanını Rusiyanın üzünə bağlayan dövlətlərə daha bir neçəsi əlavə olundu – YENİLƏNİB

Rusiya aviaşirkətləri üçün hava məkanını bağlayan ölkələrin sayı durmadan artır.

Artıq bu siyahıya Norveç, Fransa, İtaliya, Niderland və Almaniya da qoşulub.

Mənbə: TASS

14:55

Avropanın daha üç ölkəsi Rusiyaya qarşı etiraz tədbirləri çərçivəsində hava məkanını ölkə aviasiyası üçün bağlayıb.

Bunlar Danimarka, Avstriya və İrlandiyadır.

Qeyd edək ki, artıq adıçəkilən dövlətlər də analoji qərar qəbul edən çoxsaylı ölkələr siyahısına qoşulublar.

 

Daha çox xəbərlər