Bakıda kafedə dava zamanı bir nəfər bıçaqlanıb
Bakının Sabunçu rayonunda dava düşüb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Sabunçu bazarının yaxınlığındakı kafedə qeydə alınıb.
Mehralıyev Samir Sabir oğlu kafedə mübahisə edən zaman bıçaqlanıb. O qarnın ön divarının kəsilmiş deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.

