Hadisə 

Bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

ARANTV.AZ  “report”-a istinadən bildirir ki, hadisə Fatmayi kəndində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Nadirə Həsənqulu qızı, 1979-cu il təvəllüdlü İsmayılova Yeganə Həsənqulu qızı, 1995-ci il təvəllüdlü Abdullayeva Pərvin Əliabbas qızı, 1958-ci il təvəllüdlü Cəfərova Elmira Cəfər qızı, 2003-cü il təvəllüdlü İsmayılova Məleykə Sübhan qızı və 2005-ci il təvəllüdlü İsmayılova Nərmin Sübhan qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər