Hadisə 

Bakıda kişi həyat yoldaşını qətlə yetirib, qaynına və qayınanasına xəsarət yetirib

Fevralın 25-i saat Xətai rayonu ərazisində bir nəfərin aldığı xəsarətlərdən ölməsi, iki nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədovaya, qaynı Heydər Hacıyevə və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Daha çox xəbərlər