“Bərdəli Mişa” yenidən iş başında: Ukraynalılara pulsuz balıq paylandı – VİDEO
Ukraynanın paytaxtı Kiyevdə yaşayan həmyerlilərimiz “Mişa” ləqəbli Quluzadə Elmir Musa oğlu yenidən xeyriyyə aksiyası ilə gündəmə gəlib.
Bu barədə BAKU.WS-in “qaynar xətt”inə eksklüziv görüntülər daxil olub.
Məlumata görə, Quluzadə Elmir yenidən sadə ukraynalılara təmənnasız balıq paylayıb.
Həmyerlimiz ukraynalıların çətin günündə pulsuz balıq paylayaraq bunu Azərbaycanın adından etdiyini vurğulayıb.

