Azərbaycan xalqından Ukraynaya dəstək aksiyası – FOTO-VİDEO
Fevralın 27-də bir qrup Azərbaycan fəalları Ukraynaya dəstək olmaq üçün bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında toplaşıblar.
ARANTV.AZ-ın məlumatına görə, insanlar Ukraynaya yardım məqsədilə göndərmək üçün özləri ilə ərzaq, geyim, tibbi ləvazimat və s. gətiriblər.
Ukrayna səfiri verdiyi dəstəyə görə qardaş Azərbaycan xalqına təşəkkürünü bildirib.
Səfirlikdən verilən siyahıya əsasən, Ukrayna xalqının hazırda bunlara ehtiyacı var:
1. Uşaq bezləri (Pamperslər)
2. Geyimlər 0+ (uşaq və böyüklər üçün ) yaxşı vəziyyətdə
3. Quru uşaq yeməkləri
4. Maska, anti-septik, spirt, bint
5. Dəsmal və yataq dəsti (ədyal, yorğan yastıq, döşəkağı)
6. Qab-qaşıq, qazan
7. Dənli bitkilər, su, tez hazırlanan qidalar (makaron, verməşil, konserv, çay, şəkər, duru yağ)
8. Sabun, diş məcunu, diş fırçaları, şampun, quru və nəm salfetlər və yuyucu məhsullar
9. Qadın gigiyenik əşyaları
10. Fonar, şamlar, batareyalar
11. Çarpayılar (“raskladuşka”)
Məhsulların istehsalçısına diqqət olunmalıdır: Rusiya istehsalı olan məhsullar qəbul edilmir.
Ukrayna səfirliyinin ünvanı: Yusif Vəzir Çəmənzəminli küçəsi, Milyonerlər məhləsi.
Aksiyanın hər gün saat 09:00-dan 19:00-a kimi, 10 gün davam edəcəi bildirilir. Əlaqə nömrəsi: 099 391 53 33
Dünənki aksiya zamanı çəkilən görüntüləri təqdim edirik:

































