Rusiya Bankı uçot dərəcəsini 20 faizə qaldırıb

Rusiya Bankı uçot dərəcəsini 20 faizə qaldırıb

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artırılaraq 9,5 %-dən 20 faizə qaldırılması barədə qərar qəbul edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xatırladaq ki, Rusiya Bankı sonuncu dəfə bu il fevralın 11-də uçot dərəcəsini 8,5 %-dən 9,5 %-ə qaldırmışdı.