Siyasət 

XİN: ABŞ-la əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik

Bu gün Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter”də paylaşım edib.

“Bu münasibətlə Amerika Birləşmiş Ştatlarının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və ABŞ əlaqələrinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd olunub.

Daha çox xəbərlər