İdman 

Portuqaliyalı azarkeşlərdən Ukraynaya dəstək: Yaremçuk gözyaşlarını saxlaya bilmədi – VİDEO

Ötən gün Portuqaliya çempionatında baş tutan “Benfika” və “Vitoria” komandaları arasında oyunda Ukraynaya dəstək ifadə edilib.

Meydana daxil olan ukraynalı futbolçu Roman Yaremçuk azarkeşlərin uzunmüddətli alqışı səbəbilə gözyaşlarını saxlaya bilməyib.

Tribunalarda azarkeşlər “Səninləyik, Yaremçuk”, “Müharibəni dayandırın!” və “Ukrayna yalnız deyil” yazılmış plakatlar açıblar.

Daha çox xəbərlər