Dünya 

Finlandiyada Rusiya məhsulları piştaxtalardan yığışdırılır

Finlandiyanın ən böyük ərzaq pərakəndə satışı ilə məşğul olan şirkətlərindən biri “S-Group” Rusiya məhsullarının satışını dayandırdığını elan edib.

“Rusiya istehsalı olan 50-yə yaxın mal satışdan çıxarılıb. Bunlara qida, idman ləvazimatları və tekstil məhsulları daxildir” – “S-Group” pərakəndə satış şirkətinin yaydığı məlumatda qeyd olunub.

Şirkət bu addımı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlara cavab olaraq atıldığını bildirib.

Mənbə: Yle.fi

Daha çox xəbərlər