Kliçko Kiyevdə gecə döyüşlərindən danışdı – VİDEO
Kiyevdə vəziyyətə Ukrayna Silahlı Qüvvələri və ərazi müdafiə qüvvələri nəzarət edir.
Bu sözləri Kiyev meri Vitali Kliçko deyib.
O, qeyd edib ki, gecə ərzində toqquşmalar və Rusiya qoşunlarının diversiya qrupları ilə atışmalar baş verib.
“Gecə yenidən toqquşma və atışmalar oldu. Bizim döyüşçülər, o cümlədən ərazi müdafiə qüvvələrimiz bir neçə diversiya qrupunu zərərsizləşdirdi və əsir götürdü”, – deyə V.Kliçko bildirib.
Mənbə: Segodnya.ua

