Almaniyanın “Bild” qəzetinin yeni sayı rus dilində müraciətlə dərc olunub – FOTO
Almaniyanın məşhur nəşrlərindən biri “Bild” Rusiya vətəndaşlarına rus dilində müraciətlə çıxıb.
Məqalədə onlar cəsarətli olmağa və liderləri Vladimir Putinə Ukraynaya qarşı başlatdığı müharibə haqqında ölkə xalqının nə düşündüyünü göstərməyə çağırıblar.
“Əziz ruslar” başlığı altında qısa məqalədə həmçinin Rusiya Ordusunun Ukrayna şəhərlərinə hücumundan sonra bir çox rusların öz prezidentlərinə qarşı nümayişlərə başlaması alqışlanıb, döyülmə və həbslə hədələnmələrinə baxmayaraq etiraz aksiyaları keçirmələrində bütün Qərb dövlətlərinin təsirləndiklərini bildiriblər.
Mənbə: Obozrevatel

