Hadisə 

Cəlilabadda 63 yaşlı kişi intihar edib

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1959-cu il təvəllüdlü Hüseynov Ramiz yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər