Gündəm 

Azərbaycanda sığınacaq və bunkerlərin durumu qənaətbəxşdirmi – rəylər

Deputat: “Ev komfortu olmasa da, ən azı gizlənməyə yer var”

Təhlükəsizlik eksperti: “Ukraynadakı proseslərdən dərs almalıyıq”

Münaqişə, yaxud müharibə dövründə hərbi vəziyyət elan olunduqda, eləcə də fövqəladə durumlarda əhalinin qorunması üçün sığınacaq və bunkerlərdən istifadə olunur. Ukraynanın qəfil hücuma məruz qalması, mülki əhalinin təhlükə ilə üzləşməsi həm də yeraltı qorunma məkanları mövzusunu gündəmə gətirdi. Belə ki, sənəd üzərində atəşkəs rejimi elan olunsa da, Azərbaycan illərdir erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb. Bu gün də təxribatlar davam etməkdədir. Fövqəladə durumlar da nəzərə alınmaqla, hərbi təhlükə ilə üz-üzə qalmaq ehtimalını unutmamaq lazımdır. Ukraynada baş verən son hadisələri diqqətə alsaq, Azərbaycanda sığınacaqların durumu necədir?

“Azərbaycanda sığınacaqlarla bağlı məsələ ”Mülki müdafiə haqqında” Qanunla tənzimlənir. Fövqəladə hadisələr zamanı hər bir vətəndaşın sağlamlığının qorunması üçün müdafiə obyektləri mütləq hazır vəziyyətdə olmalıdır”.

Arzularınızı gerçəkləşdirəcək insan - Arzu Nağıyev » Sfera.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bu fikirləri “Yeni Müsavat”a millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi: “Köçürülmə, qida, su və digər ehtiyaclar, sanitar-gigiyena tədbirləri da daxil olmaqla, bütün zəruri məqamlar nəzərə alınmalıdır. Adətən böyük binaların, ictimai binaların, yaşayış evlərinin zirzəmiləri sığınacaq kimi istifadə olunub. Hazırda Azərbaycanda olan bütün sığınacaqlar hazır vəziyyətdədir. Təbii ki, ev komfortu olmasa da, ən azı gizlənməyə yer var. Əsasən insanları sığınacaqlara hava həyəcan siqnalı verildikdə aparırlar”.

Ukraynaya bir neçə istiqamətdən hücum olduğu bir zamanda əhali böyük şəhərlərdə meriyanın müraciəti ilə metro stansiyalarına sığındı. A.Nağıyev bildirdi ki, hər hansı fövqəladə hadisə baş verərsə, Bakı Metropoliteni sığınacaq kimi istifadə olunmağa tam hazırdır: “Vaxtaşırı müəyyən təlimlər keçirilir. Mən bunun şahidi olmuşam. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi dövründə də sərhədyanı ərazilərdə sığınacaqlar var idi. Atəş hədəfində olan nöqtələrdə açıq və qapalı səngərlər qazılmışdı”.

Xankəndi ilə bağlı suallar və verilməyən cavablar haqqında – İlham İsmayıl  yazır

Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə mülki müdafiə məsələsinə müəyyən qədər diqqət ayrıldı: “Hər halda, Bakı və ətraf ərazilərdə Ukraynadakı kimi müharibə vəziyyəti olmadığı üçün sığınacaqların durumunun yüksək səviyyədə olduğuna əmin deyiləm. Dünyada baş verən hadisələri, eləcə də Bakının ən çox dəniz istiqamətindən təhlükə gözləyən şəhər olduğunu diqqətə alsaq, bunkerləri lazımi vasitələrlə təchiz edərək hazır vəziyyətə gətirmək lazımdır. Bu, təkcə bizim üçün yox, bütün dünya üçün vacibdir. Rusiya dünyanı faktiki olaraq nüvə silahı ilə hədələdisə, deməli, baş verə biləcək hər hansı təhlükə bizə də təsir edə bilər. Müvafiq qurumlar konkret göstərişlər verməlidirlər, nəinki bir məkan, bütün binaların zirzəmilərini sığınacaq kimi istifadə etmək üçün mexanizm işləyib hazırlamalıdırlar. Vətən müharibəsi dövründə atılan raketləri nəzərə almaqla, həmçinin dünyada baş verən son hadisələrdən, Ukraynadakı proseslərdən dərs almalıyıq. Bizim istər şimalda, istərsə də cənubda çox təhlükəli qonşularımız var”.

Ekspert qeyd etdi ki, metropoliten sərnişindaşıma üçündür, sadəcə, fövqəladə situasiyalarda sığınacaq kimi istifadə oluna bilər: “Nəzərə almaq lazımdır ki, metrolarda qida, su ilə təminat çox çətindir. Mülki müdafiədə xüsusi dövr üçün ehtiyat variantlar deyə bir anlayış var. Məsələn, bəzi mütəxəssislər bir müddət müharibəyə çağırılmır, çünki elə bir sahədə işləyir ki, yerində işləməyi daha vacibdir. Eləcə də xüsusi dövrdə əhalinin qorunması üçün yerlər öncədən müəyyənləşdirilməlidir”.

Daha çox xəbərlər