Şamaxıda kartof əkininə başlandı
Şamaxı rayonunda kartof əkininə başlanılıb və ilkin olaraq bu kampaniya bölgənin cənub ərazilərində aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, kartofçuluq Şamaxıda ənənəvi təsərrüfat sahəsi hesab edilir. Ötən il 338 hektardan 3330 ton məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə əkin sahələrini 350 hektara çatdırmaq əzmindədirlər.
Hər yerdə kartof əkininə ciddi hazırlıq işləri görülüb. Cənub ərazilərdə, o cümlədən Bağırlı, Göl Göylər, Hacıqədirli, Ovculu icra nümayəndəliklərində əkinə başlanıb. İlk gündə 10 hektaradək sahədə əkin aparılıb. Əsasən yerli “Sevinc”, “Əmizi-600”, habelə “Oqonyok” kartof sortlarından istifadə olunur.

