Gündəm 

Antiinhisar qanunvericiliyinin pozulması üzrə qaldırılan işlərin sayı AÇIQLANDI – CANLI YAYIM

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2021-ci ildə qanunvericiliyin pozulması üzrə qaldırdığı işin sayını açıqlayıb.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O bildirib ki, ötən il qanunvericiliyin pozulması üzrə 20 iş qaldırıb:

“Ötən il ərzində bazar iştirakçılarına 710 min manatdan artıq maliyyə sanksiyası tətbiq olunub. Eyni zamanda, həmin bazar iştirakçılarına göstərişlər verilib”.

O qeyd edib ki, qurumun məqsədi sahibkarları cərimələmək və sanksiya tətbiq etmək deyil:

“Məqsədimiz qanun pozuntularının aradan qaldırılması və rəqabətli mühitin təmin olunmasıdır”.

Daha çox xəbərlər