Ötən il Azərbaycanda ixtiralara dair 119 patent qeydiyyata alınıb
2021-ci il ərzində müvafiq Dövlət reyestrində ixtiralara dair 119 ədəd patent qeydiyyata alınıb, onlardan 102 ədədi milli, 17 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.
ARANTV.AZ xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.
2021-ci ildə qeydiyyata alınmış əmtəə nişanlarından 12-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

