Cəmiyyət 

Od çərşənbəsində səhər saatlarından müşahidə edilən yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib

Od çərşənbəsinin yaxınlaşması həmişə havanın istiləşməsindən xəbər verir. Builki Od çərşənbəsində səhər saatlarından müşahidə edilən yağış havanı təmizləyib, oksigenlə zənginləşdirib. Nisbətən yüksək atmosfer təzyiqi fonunda mülayim sakit yaz havası meteohəssas insanlar üçün əlverişli olub.

ARANTV.AZ xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Büronun direktorunun sözlərinə görə, havanın maksimal temperaturu bu gün günorta saatlarında 14 dərəcəyə yaxınlaşaraq iqlim normasından yüksək temperatur rejiminin davam etməsinə “dəstək” verəcək. Müqayisə üçün bildirim ki, keçən il Od çərşənbəsində temperatur iqlim normasından 1 dərəcə aşağı olub. Son 10 ildə Bakıda və Abşeron yarımadasında Od çərşənbəsində ən yüksək temperatur 2014-cü ildə 16.4 dərəcə isti, ən aşağı temperatur isə 2019-cu ildə 2 dərəcə isti qeydə alınıb”.

G.Məmmədova bildirib ki, Od çərşənbəsində ən çox yağıntı 2020-ci ildə müşahidə edilib. Düşən yağıntının miqdarı Sumqayıtda 12 millimetrə çatıb.

Od çərşənbəniz Mübarək!

Daha çox xəbərlər