Cəmiyyət 

Zahid Oruc: Beynəlxalq təşkilatların Azərbaycanla bağlı qeyri-obyektiv mövqeyinə qarşı Ombudsman təsisatının nüfuzundan yararlanmaq faydalıdır

Bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qeyri-obyektiv mövqe nümayiş etdirməsinə cavab olaraq Ombudsman təsisatının nüfuzundan yararlanmaq çox faydalıdır.

ARANTV.AZ xəbər verir ki, bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc martın 1-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 2021-ci il üzrə hesabat məruzəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda deyib.

Komitə sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsinin insan hüquq və azadlıqlarının təminatı sahəsində qarşıya çıxardığı çağırışlardan söz açıb, şəhid ailələri və müharibə veteranlarının hüquqlarının təminatının diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

Daha çox xəbərlər