“Kubinka”da Od çərşənbəsi – FOTOREPORTAJ
Bu gün Novruza qədərki ilaxır çərşənbələrdən ikincisidir.
Mart ayının 1-i Novruzun ikinci çərşənbəsi – Od çərşənbəsi qeyd olunub.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarı yandırırlar.
Oxu.Azəməkdaşları Bakının məşhur məhəllələrindən biri olan “Kubinka”da od çərşənbəsinin necə qeyd edildiyini lentə alıb.
“Global Photo Stock”un əməkdaşının “Kubinka”dan fotoreportajını təqdim edirik:

