Region Xəbərləri 

“Od Çərşənbəsi” Yevlaxda qeyd edildi

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq inancına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir.
Martın 1-də rayonun mərkəzi meydanında çərşənbələrdən ikincisi olan od çərşənbəsi təntənəli şəkildə  qeyd olunmuşdur. Şəhər Rəhbərliyi, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə rayon Mədəniyyət evinin özfəaliyyət kollektivlərinin çıxışları tədbir iştirakçılarının ürəyincə olmuşdur. Od çərşənbəsinin rəmzi olan tonqal xüsusilə də uşaqların böyük marağına səbəb olmuşdur. Şən musiqilər, gözəl rəqslər bir- birini əvəz etdi.

Daha çox xəbərlər