Region Xəbərləri 

Tovuzda “YÜKSƏLİŞ” müsabiqəsinə namizədlərin qeydiyyatı keçirilmişdır

Bu gün Tovuz rayon Heydər Əliyev Mərkəzində “YÜKSƏLİŞ” müsabiqəsində iştirak etmək istəyən namizədlərin qeydiyyatı keçirilmişdir.

Qeydiyyat mərhələsində  “YÜKSƏLİŞ” ictimai birliyinin əməkdaşı Duqi Vüsal və Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Ələsgərov Sahib iştirak etmişlər.

Məlumat üçün bildiririk ki, “YÜKSƏLİŞ” müsabiqəsi  idarəçiliklə məşğul olan 21 yaşdan 51 yaşınadək Azərbaycan vətəndaşları arasında keçirilən müsabiqədi. Müsabiqənin əsas məqsədi yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan şəxsləri müəyyən etmək, onları inkişaf etdirmək və dəstəkləməkdir.

Daha çox xəbərlər