Rusiya “Roskosmos”a haker hücumunu təkzib etdi – YENİLƏNİB + FOTO
“Roskosmos”un baş direktoru Dmitri Roqozin haker hücumu nəticəsində Rusiya peykləri ilə əlaqənin kəsilməsi ilə bağlı məlumatları təkzib edib.
“Bizim bütün kosmik əməliyyatları idarə edən mərkəzlərimiz normal rejimdə işləyir”, – deyə Dmitri Roqozin özünün “Twitter” səhifəsində yazıb.
11:26
“Anonymous”la əlaqəli NB65 haker qrupu Rusiyanın “Roskosmos” dövlət korporasiyasının peyk idarəetmə sisteminə müdaxilə edib.
Bu barədə “Anonymous” sosial şəbəkələrdə məlumat yayıb.
“Anonymous”la əlaqəli NB65 haker qrupu “Roskosmos” İdarəetmə Mərkəzini bağlayıb”, – deyə məlumatda vurğulanıb.
Həmçinin bildirilir ki, Rusiya artıq öz casus peyklərinə nəzarət edə bilmir.
Qeyd edək ki, bundan əvvəl hakerlər Rusiyanın əsas qurumlarının rəsmi saytlarına hücum etmişdi.
Mənbə: UNİAN

