Dünya 

Qazaxıstan Prezidentinin iqamətgahı tamamilə söküləcək – FOTO

Qazaxıstanın Almatı şəhərində prezidentin iqamətgahı söküləcək, əvəzində həmin ərazidə istirahət parkı salınacaq.

Bu barədə Qazaxıstan Respublikası Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.

O qeyd edib ki, göstəriş birbaşa Qazaxıstan Prezident Kasım-Jomart Tokayev tərəfindən verilib.

Qeyd edək ki, Qazaxıstanda yanvar ayında baş verən iğtişaşlar nəticəsində ölkə başçısının Almatı şəhərində yerləşən prezident iqamətgahı dağıdılıb və yandırılıb.

 

Mənbə: İnformburo.kz

Daha çox xəbərlər