Nazir: Münaqişənin başa çatması region üçün yeni iqtisadi imkanlar yaradır
Ermənistanla Azərbaycan arasında münaqişənin başa çatması təkcə Azərbaycan üçün deyil, həm də region üçün yeni iqtisadi imkanlar yaradır.
ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu baxımdan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması yaxın illərdə Azərbaycanın inkişaf prioritetlərinin əsas istiqamətlərindən biri olacaqdır.
Nazirin sözlərinə görə, azad edilmiş ərazilərin bərpasına 2021-ci ilin dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb.

