Hikmət Hacıyev: “Şuşa intibah, dirçəliş və yenidənqurma dövrünə qədəm qoyur” – FOTO
“Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı erməni işğalı və vandalizmi altında 30 il davam edən qara günlərdən sonra intibah, dirçəliş və yenidənqurma dövrünə qədəm qoyur”.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter”də yazıb.
Paylaşımda Şuşa ilə bağlı videogörüntülər də yer alıb.

