Azərbaycanda nənə və nəvəsi dəm qazından boğularaq öldü
Gəncə sakinləri dəm qazından boğularaq ölüb.
ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış masivində qeydə alınıb. Dəm qazından boğularaq ölənlər nənə – Rüstəmova Elmira Yunis qızı və nəvəsi Səfərov Elmir Arzu oğludur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölənlərin kimliyi dəqiqləşdirilir./BAKU.WS

