Region Xəbərləri 

Lənkəranda abad həyət

Bu günlərdə Lənkəran şəhərində əhalinin sıx yaşadığı mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binalarının arasındakı həyət yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Həyətdə sakinlərin görüşüb söhbət etməsi, istirahəti və uşaqların əyləncəsindən ötrü  hər cür şərait təşkil olunub.

Həyətin istifadəyə verilməsi ilə bağlı tədbir  keçirildi.  Lənkəran ŞİH başçısı Taleh Qaraşov tədbirdə sakinlərlə görüşüb  onlarla səmimi söhbət etdi. Həyətdə  görülən işlərin vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı həyata keçirilən siyasətə uygun olduğunu bildirib: – İnsan amilinə xidmət edən  bütün işlər ölkə başçısı İlham Əliyevin xüsusi tapşırıqları əsasında görülür. Bundan sonra da vətəndaşların rahatlığı naminə  işlərin görülməsi nəzərdə tutulub.

Axırda icra başçısı bir daha  sakinlərin qayğıları, istək və arzuları ilə yaxından tanış olub. Görülən abadlıq işlərini böyük sevinc hissi ilə qarşılayan sakinlər ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu fikirlər söyləyiblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər