Cəmiyyət 

Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı açıqlandı

“Bu gün piylənmədən əziyyət çəkən və qeydiyyata düşən 13 yaşa qədər uşaqların sayı 1126 nəfərdir”.

ARANTV.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Endokrinoloqun sözlərinə görə, uşaqara 6 aydan sonra əlavə qidaya keçəndə maksimum tərəvəz tərkibli yeməklər verilməlidir.

Həkim qeyd edib ki, piylənmədən əziyyət çəkən uşaqlardan 544 nəfəri qız uşaqlarıdır.

“Müraciət edənlərdən 190 nəfəri sırf 2020-ci ildə qeydiyyata alınanlardır. Günü-gündən müraciətçilərin sayı daha da artır.

14-17 yaşlarında 464 nəfər qeydiyyata alınıb. Onlardan 130-u son ildə müraciət edənlərdir.

18-29 yaşlarda bu göstərici 977-dir. 30 yaşdan yuxarı şəxslərin sayı isə 4 443 nəfərdir. Bunun da 499 nəfəri son ildə müraciət edənlərdir”.

Daha çox xəbərlər