Vətəndaşların dövlətə böyük inamı
2 mart 2022-ci il tarixdə hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərin, kənd sakinlərinin, KİV nümayəndələrinin iştirakı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov rayonun Çayüzü kəndində səyyar qəbul keçirib. Qəbul zamanı kənd əhalisini salamlayan RİH başçısı Ayaz Əsgərov çıxış etdi: – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində Vətən torpaqlarını düşmən tapdağından azad etdi. Vətən müharibəsində tarix yazan qəhrəman əsgər və zabitlər Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya bildirdilər. Hazırda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əhalinin sosial müdafiəsinin güclənməsi, gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur. Ölkə əhalisinin rifah halının yüksəlməsi aparılan sosial-iqtisadi siyasətin əsasını təşkil edir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin güclənməsi, sosial ödənişlərin, əmək haqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb.
Qəbulda iştirak edən vətəndaşlar kəndə təbii qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin təmiri və işsizlik ilə bağlı məsələləri qeyd ediblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Kənd sakinlər ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini yüksək əhval-ruhiyyə ilə qarşılandığını qeyd edərək, bütün bu addımlara görə ölkə başçısına minnətdarlığını bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

