Bakıda sərxoş piyadanı avtomobil vurub
Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.
1978-ci il təvəllüdlü Cəfər Cəfərov sərxoş halda yolu keçmək istəyib. Yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb.

