Dünya 

Güllə yağışı altında Kiyevdə toy – FOTO

Martın 2-də Kiyev Patrul Polis İdarəsinin rəisi Yuri Zozulya və jurnalist Ancelina Karyakina döyüşlərin tüğyan etdiyi Ukrayna paytaxtında toy ediblər.

Milli Polisin Patrul Departamentinin rəisi, polis polkovniki Yevgeni Jukov nikaha şahidlik edib.

Bu barədə o, “Facebook”da yazıb.

“Hərbi vəziyyət qanunlarına əsasən, mən dəstə komandiri kimi tabeliyimdə olan və qardaşım Yuri Zozulya ilə nişanlısı Karyakina Ancelina Aleksandrovnanın nikahının şahidi oldum!”, – deyə o qeyd edib.

Vəziyyətlə əlaqədar gül tapılmadığından, gəlinin gül buketini evdə yetişdirilən səhləb gülü əvəz edib.

Onların üzükləri isə demək olar ki, möcüzə nəticəsində və havayı başa gəlib.

İnsanlar cütlüyü şampana və yeməyə qonaq ediblər.

 

Mənbə: UNİAN

Daha çox xəbərlər