Dünya 

Avropa Parlamentinin deputatı: “Rusiyaya qarşı sanksiyalar yanlışdır”

“Aİ sanksiyaları yanlışdır və Rusiya ilə ticarət əlaqələrində uzunmüddətli fasilələrə səbəb olacaq”.

Bunu Avropa Parlamentinin Almaniyadan olan deputatı Markus Buxayt deyib.

Siyasətçi öz mövqeyini Avropa İttifaqı Şurasına müraciətində bildirib.

Buxayt qeyd edib ki, Moskva Berlin üçün mühüm ticari tərəfdaşdır. Onun sözlərinə görə, anti-Rusiya sanksiyalarının Avropa iqtisadiyyatına vurduğu zərəri necə minimuma endirmək barədə düşünmək lazımdır.

Buxayt vurğulayıb ki, Aİ Rusiyaya qarşı siyasəti elə Avropanın özündə yaxşı heç nəyə gətirib çıxarmayacaq.

Mənbə: RT

Daha çox xəbərlər