Bərdədə 11 min 862 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib
Bərdə rayonunda 2022-ci ilin məhsulu üçün 11 min 862 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
ARANTV.AZ xəbər verir ki, Bərdə Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, taxıl əkinlərinin 11 min 423 hektarı dən üçün nəzərdə tutulub. Dənlik taxılın 7862 hektarı buğda, 3561 hektarı arpa əkini sahələridir. Hazırda rayonda taxıl əkinlərinin becərilməsi müvəffəqiyyətlə həyata keçirilir.

