Bakıda rəngarəng Novruz ab-havası – FOTOREPORTAJ
“Fəvvarələr Meydanı”nda “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası keçirilir.
ARANTV.AZ xəbər verir ki, pandemiya ilə bağlı iki illik fasilədən sonra martın 1-dən etibarən yarmarka yenidən qapılarını Bakı sakinlərinə və şəhərimizin qonaqlarına açan yarmarkada Novruz Bayramı ab-havası yaşanır.
Yarmarkanın ərazisində şirniyyat, sular və şirələr, milli və xarici mətbəxə aid yeməklər, suvenir və hədiyyələrin satışı da həyata keçirilir.
Rəngarəng xeyriyyə yarmarkasındakı ab-havanı sizə “Global Photo Stock”un əməkdaşlarının obyektivindən təqdim edirik:

