Dünya 

Moskvada QR-kodlardan istifadə dayandı

Martın 3-dən etibarən Rusiya paytaxtında QR-kodlardan istifadə dayandırılıb.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, artıq müvafiq fərmanı imzalayıb.

Mer əlavə edib ki, QR-kodlarla yanaşı, iaşə obyektlərinə, teatrlara, muzeylərə, o cümlədən konsertlərə, mədəni, əyləncəli, maarifləndirici və idman tədbirlərinə getməklə bağlı bütün məhdudiyyətlər aradan qaldırılır.

60 yaşdan yuxarı moskvalılar və xroniki xəstəlikləri olan vətəndaşlar üçün ev rejimi isə ancaq tövsiyə xarakteri olaraq qalıb.

Mənbə: sobyanin.ru

Daha çox xəbərlər