Almaniya Ukraynaya 2 700 zenit raketi verəcək – FOTO
Almaniyanın İqtisadiyyat Nazirliyi Ukraynaya 2 700 “Strela” tipli zenit-raketinin tədarükünü təsdiqləyib.
Bu barədə nazirlikdəki mənbələrə istinadən xəbər verilib.
“Almaniyanın İqtisadiyyat Nazirliyi Ukraynaya 2 700 zenit-raketin çatdırılmasına razılıq verib”, – deyə agentliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, bir gün əvvəl Almaniya kansleri Olaf Şolz ölkəsinin Ukraynaya silah tədarükünü təsdiqlədiyini demişdi.
Mənbə: “Doyçe” agentliyi

