Məşhur “Exo Moskvı” radiosu bağlandı, saytı ləğv edildi
Rusiyanın məşhur “Exo Moskvı” radiosu bağlanır, internet saytı isə ləğv edilir.
Bu barədə “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov məlumat yayıb.
“Qərar “Exo Moskvı”nın Direktorlar Şurasının səs çoxluğu ilə qəbul edilib” – deyə Baş redaktor vurğulayıb.
Məlumatı “Qazprom-Media” holdinqin mətbuat xidməti də təsdiqləyib.
Mənbə: TASS

