Dünya 

Bir milyondan çox qaçqın Ukraynanı tərk etdi: Ürəkağrıdan görüntülər – VİDEO

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna müharibəsi səbəbindən 1 milyondan çox qaçqının Ukraynadan qonşu ölkələrə keçdiyini bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən məlumat paylaşıb.

Müvafiq olaraq, fevralın 24-dən martın 2-nə qədər 1 milyondan çox qaçqın Ukraynadan qonşu ölkələrə, o cümlədən yarıdan çoxu Polşaya keçib.

Sərhəddən Polşaya 505 082, Macarıstana 139 686, Moldovaya 97 827, Slovakiyaya 72 200, Rumıniyaya 51 261, Rusiyaya 47 800, Belarusa 357 və digər Avropa ölkələrinə 88 147 qaçqın keçib.

Bu rəqəmlərə əlavə olaraq, 18-23 fevral tarixlərində Donetsk və Luqansk vilayətlərindən Rusiyaya 96 min insanın keçdiyini bildirib.

Ukraynada vəziyyət daha da gərginləşərsə, 4 milyona qədər mülki şəxsin ölkəni tərk edə biləcəyi barədə xəbərdarlıq edilib.

Daha çox xəbərlər