Hadisə 

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu – VİDEO

Xaçmaz rayonunun Gödəkli kəndində itə ağılasığmaz işgəncə verən şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, iti asaraq öldürən şəxslə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma başladılıb.

“Həmin şəxs-yəni, rayonun Gödəkli kənd sakini 86 yaşlı  Balasoltan Daşdəmirov barəsində fevralın 19-da İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə tədbir görülüb”.

Daha çox xəbərlər