Hadisə 

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişlidə yol qəzası baş verib. Avtomobil yoldan çıxaraq su kanalına düşüb və sürücü ölüb.

ARANTV.AZ xəbər verir ki, qəza səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Cəlilabad sakini 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğlu idarə etdiyi 10-LO-183 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər