Cəmiyyət 

Altı günlük məktəblərdə martın 7-si iş günüdür

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.

Bununla bağlı Təhsil Nazirliyi altı günlük məktəblərin iş qrafiki məsələsinə aydınlıq gətirib.

ARANTV.AZ bildirir ki, nazirlikdən APA-ya verilən məlumata görə, altı günlük iş həftəsi olan təhsil müəssisələrində 5 mart iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir.

Daha çox xəbərlər