Ağdaş rayonunda əhalinin sayı 112 mini ötüb
Ötən il Ağdaş rayonunda əhalinin sayında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2021-ci ildə Ağdaşda əhalinin sayı 545 nəfər artaraq, 2022-cil il yanvarın 1-i vəziyyətinə 125 min 500 nəfərə çatıb. Əhalinin 32,9 faizi şəhərdə, 67,1 faizi isə kənd yerlərində yaşayır.
Keçən il rayonda 1270 doğum, 775 ölüm qeydə alınıb.

