Qaxda heyvandarlıq məhsullarının istehsalı artıb
Bu ilin yanvar-fevral aylarında Qax rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, iki ayda rayonda 368 ton diri çəkidə ət, 1535,4 ton süd, 1 milyon 415 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,2 ton, süd istehsalı 44 ton, yumurta istehsalı isə 19 min ədəd artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 365 tonu və ya 99,2 faizi, südün 1491,9 tonu və ya 97,2 faizi, yumurtanın isə hamısı ailə kəndli ev və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə iki ayda 3 ton ət, 43,5 ton süd istehsal olunub.

