“Azərbaycanfilm”ə yeni direktor təyin olundu
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
Bu barədə o, “Facebook” səhifəsində paylaşım edib.
F.Əhmədov martın 1-dən etibarən “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindən ayrıldığını bildirib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, bu gün Nazim Hüseynov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin olunub.
Nazir Anar Kərimov bununla bağlı müvafiq əmr imzalayıb.

