Azərbaycanda qanunsuz ov edən neçə nəfər əcnəbi cəzalandırılıb? – AÇIQLAMA
“Azərbaycan Respublikası ərazisində ov edənlərin 90 faizindən çoxu yerli vətəndaşlardır”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, ölkəmizdə 2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 38 xarici ölkə vətəndaşı əməkdaşlarımız tərəfindən cərimələnib:
“60 dan çox yerli vətəndaşlarımız ov mövsümü ərzində qaydaları pozub və cərimələniblər”.
O, qeyd edib ki, qanunsuz ovlama ilə bağlı cərimələrin məbləğinin artırılması üçün sənəd hazırlanıb və aidiyyəti üzrə göndərilib.
Xidmət rəisi əlavə edib ki, bu il mövsümdə ov edən şəxslərdə hər hansı qeyri-qanuni hərəkətlər müşahidə olunubsa və əməkdaşlarımız tərəfindən qeydə alınıbsa, növbəti ildən onlara lisenziyaların verilməsi qadağan olunur:
“Eyni zamanda bu şirkətlərə də aid edilir. Bu barədə ETSN-də siyahı mövcuddur və mütəmadi olaraq əlavələr olunur”.

