Azərbaycanda magistratura səviyyəsində təhsil alan tələbələrin 54 faizini qadınlar təşkil edir
“Azərbaycanda məktəblərdə yuxarı siniflərə qalxdıqca bəzən qızların sayı azalır. Amma hazırda Azərbaycanda magistratura səviyyəsində təhsil alan bütün tələbələrin 54 faizini qadınlar təşkil edir”.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, fəlsəfə doktorlarının 51-52 faizi qadınlardır:
“Bu rəqəmlər hər il dəyişir. Qızlar təhsilli, savadlı olacaqsa, öz hüquqlarını daha yaxşı müdafiə edəcək. Çünki onlar gələcəkdə övladlarını da savadlı yetişdirəcəklər”.

