YAP cəmiyyətin avanqard qüvvəsinə çevrilmiş qüdrətli siyasi təşkilatdır
Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı ictimai-siyasi münasibətlər baxımından tarixdə mühüm bir hadisə kimi yadda qaldı. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. Qurultayda partiya rəhbər strukturunun yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilərək, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçilib və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının rəhbəri strukturu təsis olunmuşdur. VII qurultay müstəqil tariximizdə ilk dəfə torpaqlarımızın düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüzü bərpa etdiyimiz vaxtda keçirildi.
Milli maraqların qorunması Yeni Azərbaycan Partiyasının fəaliyyət strategiyasının mütləq prioritetidir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra
ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalan Azərbaycan iqtidarı bütün islahatları ardıcıllıqla icra edir. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dialoq siyasəti YAP-ın fəaliyyətində öz inkişafını tapır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu Öndərin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi.
Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövr ərzində Yeni r rayonunun bütün ictimai və siyasi həyatında yaxından iştirak etməkdən ibarət olmuşdur. Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin
tapşırıq və tövsiyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun quraraq, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin rayon sakinləri arasında geniş təbliğ olunmasına, şəhid ailələri və qazilərimizə dəstəyin göstərilməsinə və sosial şəbəkələrdə fəallığın daha da gücləndirməsinə həsr etmişdir.
Hazırda ölkəmiz postmünaqişə dövrünün reallıqlarını yaşayır. 30 ildən sonra düşmən tapdağından azad olunan torpaqlarımıza yeni nəfəs gəlir. Atılan addımlar, həyata keçirilən layihələr Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Daim qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ictimaiyyətin böyük rəğbətini qazanan, milyonların partiyasına çevrilən, ən əsası sözü ilə əməlinin birliyini atdığı hər addımında təsdiqləyən Yeni Azərbaycan Partiyası hədəflərə nail olmaq üçün səylərini artırır, uğurlarımıza töfhələr verməyə çalışır. Yeni Azərbaycan Partiyasının digər şəhər və rayon təşkilatları kimi, Salyan rayon təşkilatı da üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün səylərini durmadan artırır.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri

