İdman Region Xəbərləri 

Gimnastika üzrə Bərdə rayon turnirinin qalibləri mükafatlandırılıb

Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş gimnastika idman növü üzrə rayon turniri keçirilib.

ARANTV.AZ xəbər verir ki, “Qarabağ” İdman Klubunun zalında keçirilən turnirdə 2008-2015-ci il təvəllüdlü idmançılar iştirak edib. Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək, idmançıları 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, ölkəmizdə idmanın hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın müxtəlif səviyyəli yarışlarda əldə etdikləri yüksək nailiyyətlərdən danışıb.

Turnirin sonunda I, II və III yerləri tutmuş idmançılar Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medallarla təltif olunublar.

Daha çox xəbərlər