Dünya 

Çex Respublikası Ukraynadan olan qaçqınlara aylıq müavinət ödəməyi planlaşdırır

Çex Respublikası Ukraynadan olan qaçqınlara aylıq müavinət ödəməklə bağlı qanun layihəsini müzakirə edəcək.

Ölkənin əmək və sosial məsələlər naziri Marian Jureçka Ukraynadan olan qaçqınlara aylıq maliyyə dəstəyi (təxminən 200 avro/371 AZN) ödənilməsinin planlaşdırıldığını bildirib:

“Hökumətə göndərilən qanun layihəsi hər bir qaçqın üçün beş min kron məbləğində ödənişləri nəzərdə tutur”.

Bundan əlavə, Nazirlər Kabineti qaçqınları mənzillə təmin edən ölkə sakinlərinə maddi dəstək vermək niyyətindədir.

Rusiyanın Ukraynada əməliyyatı başlayandan bu ölkədən 40 minə yaxın qaçqın qeydiyyata alınıb.

Mənbə: TASS

Daha çox xəbərlər